Hüseyn Cavidin “İblis”i İstanbulda

huseyn-cavid-1Ölməz dramaturq və mütəfəkkir Hüseyn Cavidin “İblis” faciəsi İstanbul Böyük Şəhər Bələdiyyə Teatrında səhnəyə qoyulacaq. Bu barədə qərar teatrın Bədii Şurası tərəfindən verilib. Əsərin rejissoru Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovadır.

Ədibin dörd pərdəli faciəsi “İblis” 1918-ci ildə yazılıb. İlk dəfə Bakıda 1920-ci ildə 21 dekabrda Abbas Mirzə Şərifzadə tərəfindən səhnələşdirilmişdir. 1924-cü ildə ilk dəfə nəşr edilmişdir. Əsərdə hadisələr Birinci dünya müharibəsi zamanı Türkiyə və Ərəbistanda cərəyan edir. Dramaturq “İblis” dramında insanların necə qanlar tökdüyünü və iblisə uyduqlarını əks etdirib.

Qeyd edək ki, Hüseyn Cavidin “İblis” əsərinin də daxil olduğu külliyyatı Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü, “Kaspi” qəzeti və “Kaspi” Təhsil Mərkəzinin layihəsi əsasında ötən il türk dilinə uyğunlaşdırılaraq Türkiyədə nəşr edilib.

(topnews.az)