Bloger Hüseyn Həsənov vergi xidmətinə olan borcunu ödəyib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Kanalın məlumatına görə, borc 145 milyon rubl təşkil edib.
Borca görə Federal Vergi Xidməti blogerin hesablarını bloklayıb və Moskva şəhərinin Neva Towers-də 124 kvadratmetr sahəsi olan mənzilə, həmçinin 2022-ci il istehsalı olan Chevrolet Tahoe və 2020-ci il istehsalı olan Rolls-Royce Cullinan avtomobillərinə həbs qoyulmasını tələb edib.
Bununla belə, borcun ödənilməsinə baxmayaraq, Həsənovun hesabları hələ də bloklanır./unikal