Hüseyn Həsənov çəkiliş zamanı xəsarət aldı – VİDEO 

Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqer Hüseyn Həsənov çəkiliş zamanı üzündən xəsarət alıb.

Yenicag.az xəbər verir ki, bu barədə o, “Instagram” hesabının “hekayə” bölməsində video paylaşıb.

H.Həsənov Rusiyanın TNT telekanalında yayımlanacaq “Vızov” layihəsinin çəkilişləri zamanı yaralanıb.

Görüntülərdə ona tibbi yardımın göstərilməsi əks olunur.