Hüseyn Mövsümov ordenlə təltif edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Hüseyn Mövsümovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Hüseyn Şərif oğlu Mövsümov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.