Hüseynbala Mirələmov: “Videodan sonra yoldaşım mənə dedi ki…”

“Məhəbbətin yaşı olmur. Bu nə vəzifəyə, nə yaşa, nə pula baxmır”.

Yenicag.az xəbər verir ki, bu sözləri keçmiş millət vəkili Hüseynbala Mirələmov anews.az-a müsahibsində deyib.

“Sevgi bir hissdir. Yazıçının fantaziyası olmasa, yaza bilməz. Çox çətin bir peşədir. Yazıçılar yazmaqdan, çox oxumalıdırlar. Gənc yazıçılara məsləhətim budur, çox oxusunlar. İnsanları yalnız sevgi və məhəbbətlə dəyişmək olar”.

Sabiq deputat Azərbaycan Neft Akademiyasının onlayn toplantısı zamanı gənc xanımla yayılan görüntüsündən də danışıb:

“Mənim üçün də təəccüblü oldu ki, video necə yayılıb. Araşdırmadım da, bunu kim edib. Mənim üçün onun kim tərəfindən edilməsi əhəmiyyətli deyil. Bilirəm ki, Allah tərəfindən cəzasını alacaq. Onu deyə bilərəm ki, rektorla çox böyük incikliyim yarandı. Hadisəni eşidən kimi ərizəmi yazıb göndərdim. Bildirdim ki, ərizəmə qol çəksin. Düşündüm, artıq orda işləyə bilmərəm. Kim tənqid edibsə, özü bilər, öz işləridir. Bunu deyə bilərəm ki, mən qınanmalı idim, haqlı olaraq qınanmalı idim. Özümə haqq qazandırmıram. Amma məni kim qınamalı idi? Məni mənəvi haqqı olanlar qınamalı idi. Əksinə, məni elə adamlar qınadı ki, onların heç mənəvi haqqı yox idi məni qınamağa”.

H.Mirələmov həmçinin həyat yoldaşının da baş verənlərə necə reaksiya verməsindən söz açıb:

“Əsgərliyə gedəndə nişanlım var di. Onun adına döymədir. Qayıtdıqdan sonra evləndik. Artıq balalarımız, nəvələrimiz var. 50 ildir məni tanıyır. Məlum videoya da münasibəti neytral oldu. Əqidəmi, vicdanımı əxlaqımı yaxşı bilir. Rəhbər vəzifələrdə işləmişəm. Minlərlə qadın işçim olub. Qaz emalı zavodunun qadınları həmin video ilə bağlı saytların birinə böyük bir məktub ünvanladılar. Hər insanın həyatında kiçik qüsurlar olur. Mənim yoldaşım mənə dedi, darıxma, olan işdir. Sənin əxlaqına bələdəm. “Lənət şeytana”, – deyib mövzunu bağladıq. Ailəmdə hər şey qaydasındadır”.