Ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.
Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Unikal.org-a bildirib ki, Hüseynbala Mirələmovun bu əməli ilə bağlı YAP-dan münasibət bildiriləcək:
“Mən hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda bu, Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir.
Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır”.