Hüseyndən QƏTİ QƏRAR: “Onlarla eyni verilişə çıxmıram”

“Çox videolar çəkib sosial şəbəkə hesabımda onları tənqid edirdim. Artıq buna son qoydum”.

Yenicag.az xəbər verir ki. bu sözləri tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Bir gün” verilişində deyib.

Sənətçi hər müğənni ilə verilişə çıxmadığını və qalmaqallardan qaçdığını bildirib:

“Bayağı müğənnilərlə verilişlərə çıxmıram. Ümumiyyətlə, elə müğənnilər var ki, onlarla eyni verilişə çıxmağı özümə, sənətimə sığışdırmıram. Fərq etməz, onlar sevilir, öz kütlələri var. Bu, Allahın onlar üçün açdığı bir yoldur, amma mən onlarla bir verilişə getmirəm.

Qalmaqaldan qaçıram. Çox videolar çəkib sosial şəbəkə hesabımda onları tənqid edirdim, artıq buna son qoydum. Heç kim məni sıxışdıra bilməz ki, bunu etmə, onu et. Çünki çox nadir hallarda sözə qulaq asıram. Amma böyüklərimiz var ki, onların sözündən çıxa bilmərəm. Deyirlərsə, etmə, demək ki, etməmək lazımdır”.

Nehru