Husilər Amerikanın ikinci pilotsuz təyyarəsini vurublar.
Yenicag.az xəbər verir ki, bu barədə Ynet amerikalı rəsmi mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, fevralın 20-də husilər Amerikanın 32 milyon dollar dəyərində təkmilləşdirilmiş MQ-9 pilotsuz təyyarəsini vurublar.
“Yəmənlilər son aylarda ikinci dəfədir ki, bu modelin pilotsuz təyyarəsini vurmağa müvəffəq olurlar. Birinci hadisə fervralın 19-da baş verib”, – nəşr yazıb.
Xuraman Etibarlı