Husilər yenə Səudiyyə Ərəbistanının hava limanına hücum etdi

Yəmənin “Ənsar Allah” hərəkatının üsyançıları (husilər) Abha şəhərində yerləşən beynəlxalq hava limanına hücum edib.

Yenicag.az xəbər verir ki, həmin hücum pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

Bildirilir ki, ötən şənbə günü, üsyançılar, Yəməndən Səudiyyə Ərəbistanının cənub-qərbində olan Abha hava limanını atəşə tutub./Trend/