Husilərdən gəmilərin Qırmızı dənizə girməsi üçün yeni tələb

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) gəmilərin Qırmızı dənizə daxil olması üçün yeni sistem elan ediblər. Belə ki, onlar gəmilərin sulara girməsi üçün Yəməndən icazə alınmasını istəyirlər.

Bu barədə hərəkatın nümayəndəsi Misfer ən-Numair bəyan edib.

O, gəmilərin özlərinin təhlükəsizliyi ilə əlaqədar olaraq belə bir tələb irəli sürüldüyünü vurğulayıb.
Yəmənin yeni qərarının əhatə etdiyi ərazi suları eni 20 kilometr olan Babül-Məndəb boğazının yarısına qədər uzanır. Dünya gəmiçiliyinin təqribən 15 faizi Süveyş kanalına buradan keçir.

Mənbə: Zerohedge.com

COP29