Husilərdən Səudiyyə Ərəbistanına ikiqat zərbə – Təyyarələri vuruldu

Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulan Husilər dəstəsi paytaxt Sənada Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarəsini vurduqlarnı bəyan ediblər.

Yenicag.az xəbər verir ki, husilər F-15-i raketlə vursalar da, səudiyyəlilər təyyarənin düşməsinə texniki problemlərin səbəb olduğunu bildirb.

Qeyd edək ki, bir gün öncə də Yəmənin Sada vilayətində Səudiyyə Ərəbistanına məxsus daha bir təyyarə yerə çırpılıb, amma hər 2 pilot sağ qalıb. Maraqlıdır ki, ərəblər bunu “texniki problem”, husilər isə öz adlarına çıxarıblar.

COP29