Husilərdən Səudiyyə Ərəbistanına yeni hücum: Hərbi qərargah vuruldu

Yəməndəki husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən hərbi qərargahı raket atəşinə tutublar.

Yenicag.az xəbər verir ki, bu barədə husilərə məxsus “El-Mesire” televiziyası məlumat yayıb.

Xəbərə görə, husi birləşmələri Səudiyyə Ərəbistanının cənubundakı Cəzan bölgəsində yerləşən hərbi qərargahı “Zilal-1” raketləri və top atəşinə tutuvlar.

Hücum nəticəsində səudiyyəli əsgərlər arasında ölən və yaralanların olduğu bildirilsə də, onların sayı açıqlanmayıb.

Səudiyyə Ərəbistanından bu barədə hələlik heç bir açıqlama verilməyib.

Firuzə Alimova