Hyundai şirkəti yığcam sportkar buraxmaq imkanlarını araşdırır. Bu barədə Autocar dərgisi markanın əməliyyat direktoru Alan Roşforta istinad edərək xəbər verir.
Yeni sportkarın qlobal model olacağı gözlənilir. Onun martda Cenevrədə debüt etmiş PassoConto konseptual kupe cizgilərini daşıyacağı istisna edilmir.
Ümumilikdə Hyundai şirkəti 2017-ci ilədək 22 yeni avtomobil buraxmağı planlaşdırır. (milli.az)