Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motors” fəaliyyətini dayandırır.
Yenicag.az xəbər verir ki, buna səbəb koronavirusla əlaqədar Çindən avtomobil hissələrinin alınmasının mümkün olmamasıdır.
Şirkət artıq “Genesis” modelinin istehsal edildiyi Ulsan şəhərindəki zavodunu bağlayıb.
7 fevrala qədər isə şirkətin digər zavodları da qapadılacaq./Oxu.az/