“Hyundai” və “KIA” zavodlarını bağlayır

Cənubi Koreyanın “Hyundai Motor” və “KIA Motors” avtomobil şirkətləri Çexiya və Slovakiyadakı zavodlarının bağlanması ilə bağlı qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, bu qərara səbəb koronavirusun yayılmasıdır.

Məlumata görə, zavodların işçilərinə əmək haqqının azı 70 faizi məbləğində təzminat veriləcək.

Qeyd edilib ki, qərar martın 23-dən qüvvəyə minir.

Qeyd edək ki, bu günədək Çexiyada 572, Slovakiyada 105 nəfər koronavirusa yoluxma faktı qeydə alınıb.