Zədədən əziyyət çəkən Lionel Messi daha 1 ay yaşıl meydanlardan kənarda qala bilər.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, “Barsa”nın ulduz futbolçusu Lionel Messinin ayaq əzələsində olan zədə hələ tam sağalmayıb.
Qeyd edək ki, argentinalı forvard zədə səbəbindən Kataloniya təmsilçisinin ABŞ-dakı təlim-məşq toplanışını və La Liqanın birinci turunu buraxmalı olub.