Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin veriləcəyi tarix açıqlanıb.
Yenicag.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev “Sosial saat”da deyib.
Onun sözlərinə görə, 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin iyul ayından başlanması nəzərdə tutulub.