!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

I qrupun keçid balları artırıldı

!Reklam – Yazi

d0ed317a96d24b447fa444120028c01eKeçid balları artırılıb

“Bu il ali məktəblərə qəbulda I qrupda 6 ixtisas üzrə Təhsil Nazirliyi müsabiqəyə buraxılmaq şərtini 200 bal deyil, 250 bal, bir ixtisasda isə 300 bal təyin edib və bu tətbiq ediləcək. Həmin ixtisasların adlarının gələn həftə açıqlanacağı gözlənilir”.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

TQDK sədri bildirib ki, keçid balları müəyyən ixtisaslarda indiyə kimi də olub: “Məsələn, dövlət sifarişli ixtisaslarda müsabiqəyə buraxılmaq şərti 300-350 baldır. Həmin formada təhsil almaq istəyənlər müsabiqəyə yalnız bu balları topladığı halda buraxılırlar”.

M. Abbaszadə qeyd edib ki, dövlət sifarişli bütün ixtisaslarda ballar 300-dən yuxarıdır və bu şərtlər 300 baldan aşağı olmayıb.

Onun sözlərinə görə, əsas müsabiqə vəziyyəti də dövlət sifarişli yerlərdə yaranır: “Faktiki olaraq, hər il, məsələn keçən il bizə təqdim olunan yerlərin 83 faizi dolub. Boş yerlər daha çox ödənişli təhsil formasında qalır. Buna da nüfuzlu ali məktəblərdə deyil, daha çox regional ali məktəblərdə rast gəlinir. Əsas müsabiqə vəziyyəti o ixtisaslardadır ki, orda yüksək müsabiqə vəziyyəti yaranır”.

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv