I sinfə gedəcək şagird valideynlərinin NƏZƏRİNƏ! 3 gün qaldı

I siniflə bağlı apellyasiya müraciətlərinin qəbulu davam edir.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı övladının müsabiqə nəticəsindən narazı olan valideynlər iyulun 16-dək apellyasiya müraciəti edə bilərlər.

Müraciətləri Təhsil Nazirliyi tərəfindən yaradılmış [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.