!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

I sinfə qəbul - Bakıda 43 mindən çox MÜRACİƏT

!Reklam – Yazi

Paytaxt üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 43 395 müraciət edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenicag.az-a verilən məlumata görə, BŞTİ-nin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 440 426 şagirdin təlim-tərbiyəsi ilə 27 786 müəllim məşğul olub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 45 573, IX siniflərini 30 888, XI siniflərini 19 612, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 124 nəfər bitirib.

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv