Birinci sinfə şagird qəbulu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Çağrı Mərkəzi” yaradılıb.
Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, məqsəd 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair vətəndaşların müraciətlərinin çevik cavablandırılmasını təmin etməkdir.
Qeyd edilən məsələ ilə bağlı sualı və yaxud çətinliyi olan vətəndaşlar həftəiçi 5 gün “146-0” nömrəsini yığmaqla “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər.
Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbulu prosesinə start verilib. Proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.