İbadət evində partlayış: 3 ölü, 10 yaralı

Hindistanın Racanasi qəsəbəsində ibadət evində törədilən partlayış nəticəsində 3 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, üzlərində maska olan iki nəfər motosikletlə ibadət evinin qarşısına gələrək içəri qumbara atıblar.

Həmin vaxt ibadət evində dini mərasim keçirilirmiş. Cinayətkarlar partlayışı törətdikdən sonra qaçaraq gizləniblər.