İbrahim Kalın: “Fransa dövlət başçısının qərarı siyası yalandır”

“Erməni soyqırımı” tarixi gerçəkliklə ziddiyyət təşkil edən, əsassız siyasi yalandır”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın 1925-ci ildə Osmanlı dövlətindəki hadisələrlə bağlı rəsmi Ankaranın ünvanına edilən hücumlara açıqlamasında vurğulayıb.

“Türkiyə bu sayaq yalanları qəbul etmir”, – deyə İbrahim Kalın qeyd edib.

Prezidentin sözçüsü bildirib ki, rəsmi Ankara Fransa Prezidenti Emmanuel Makronun aprelin 24-nün “erməni soyqırımı günü” kimi qeyd olunması haqqında qərarını mühakimə edir: “Makronun tarixi gerçəklikləri siyasi ambisiyasının xeyrinə təhrif etməsi yolverilməzdir. Tarixi hadisələr siyasi alət olmamalıdır”.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron aprelin 24-nün ölkəsində qeyd olunması barədə qərar qəbul edib./Report/