İbrahim Rəisi prezident maaşlarını almayıb – Müavinindən açıqlama

“Mərhum İbrahim Rəisi maaşını belə almayıb”.

Yenicag.az IRNA-ya istinadla xəbər verir ki, bunu keçmiş prezidentin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi deyib.

“İbrahim Rəisi maaşlarını belə almayıb. Bəzən də məvacibinin yarısını geri qaytarıb. Ümumiyyətlə, prezident aparatının əməkdaşlarından heç kim nə bir səfər, nə də ezamiyyət haqqı almır”, – deyə Cəmşidi vurğulayıb.

O əlavə edib: “Həmişə səfərlərə çıxarkən deyirdi ki, şərtim budur: gəlmək istəyən gəlsin, istəməyən gəlməsin. Mən səfər xərci vermirəm. Niyə ölkədə “üzən məzənnə” olduğu halda valyuta ilə haqq verirsiniz? Əgər kimsə ezamiyyə xərci istəsə, ona riala bərabər pul verin. BU sözlərdən sonra ezamiyyət haqqının milli valyuta ilə verilməsi qanuna çevrildi”.

Eks-prezident müavini Rəisinin prezidentliyi dövründə heç kimə xarici səfərlərə görə dollar və avro ilə məvacib verilməyib.

Xatırladaq ki, İranda prezident və digər rəsmilərin aldığı maaş bəlli deyil. Bəzi mənbələr bu məbləğin təxminən aylıq 10 min dollara bərabər olduğunu bildirir.

COP29