İbrahim Rəisi seçkilərdə özü ilə yarışacaq

İranda martın 1-də keçiriləcək Ekspertlər Şurasına seçkilərdə ölkə Prezidenti İbrahim Rəisi Cənubi Xorasan əyalətindən namizədliyini irəli sürüb.

Yenicag.az xəbər verir ki, o, həmin dairədən yeganə namizəd olduğu üçün seçilməsi əvvəlcədən təmin edilib.

Məsələ İranda müxtəlif tənqidi reaksiyalar doğurub.

“Ekspertlər Şurasına seçkilərdə İbrahim Rəisinin Cənubi Xorasan əyalətində özünə rəqib olması Həsən Ruhaninin namizədliyinin təsdiq ediməməsindən də böyük biabırçılıqdır. Gəlin, İbrahim Rəisinin özü ilə yarışda ikinci olmaması üçün dua edək”, – tanınmış jurnalist Məhəmməd Mühaciri yazıb.

Qeyd edək ki, həmin əyalətdən daha 4 nəfər namizədliyini irəli sürsə də, Nəzarət Şurası onların namizədliyini təsdiq etməyib./axar.az

COP29