Türkiyə musiqisinin “imperator”u sayılan İbrahim Tatlısəs özünə məxsus olan bir neçə obyekti satıb.
Uzun müddətdir başından aldığı güllə yarası səbəbindən ABŞ-da müalicə olunan müğənni artıq maliyyə problemlərinə görə şəxsi restoranını da satıb.
“Tatlısəs kabab” adlanan kafe-restoran satışa çıxarılan kimi satılıb. Tatlısəs bir neçə ay bundan əvvəl dəniz kənarında yerləşən şəxsi iqamətgahını da satışa çıxarıb.(Modern)