İbrahim Tatlısəsdən Rza Zərraba dəstək

62643Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

O, hazırda Amerikada həbsdə olan Rza Zərrabla bağlı fikirlərini bölüşüb:

“Mən sizə nə vaxt yalan demişəm ki, indi deyim… Mən sizdən həmişə doğruluğu öyrənmişəm, ona görə də başımı kəssələr, yalan demərəm. 17-25 dekabrda Rza qardaşıma oğrudur dedilər, mən də “o, oğrudursa, mən də oğruyam” dedim. Nəticə nə oldu bəs? Mənim dediyim oldu. 17-25 dekabr məsələsi yavaş-yavaş həll olunur. Deməli, sizin İbonuz gerçəkləri deyib. Allah qurtarsın. İndi o, günahsız yerə Amerikada həbsdədir. Amma ilahi ədalət deyilən bir şey var. Mən buna inanıram. Allah böyükdür.”(milli)