Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin aile sirlərini ifşa edenin oğlu Ahmet Tatlı olduğu məlum olub.
Yenicag.az xəbər verir ki, atasının polisə verdiyi şikayət ərizəsinə əsasən Tatlı bölməyə çağırılıb.
Müğənninin oğlu kameralara yaxalanmamaq üçün ifadə verdikdən sonra binanın arxa qapısından çıxıb.
Qeyd edək ki, bir müddət öncə İbrahim Tatlıses ailə sirlərini mətbuata sızdıran şəxsin tapılması üçün polisə şikayət etmişdi. Bundan əlavə o, sosial şəbəkə hesabında “Aramızdakı “köstəbəy”i tapmağımıza az qalıb. Biz onu tapmazdan öncə, kaş ki özü kimliyini açıqlasın. Doğma birinin olduğunu təxmin edirəm. Ancaq əmin olmalıyam. Günahını almaq istəmirəm. Həm də çox sevirəm. Axı niyə, dostum?” – deyə, bildirmişdi.