İbrahim Tatlısesin yeni sevgilisi kimdir? – Keçmiş arvadı tanış edib… – FOTO

İbrahim Tatlısəsin 26 yaşlı sevgilisi Gülçin Karakayanı keçmiş həyat yoldaşı Ayşegül Yıldız ilə tanış etməsi maqazin gündəminə bomba kimi düşüb.

Yenicag.az xəbər verir ki, illərdir qəzet və televiziyalarda maqazin müxbiri Burhan Akdağ sosial media hesabında 68 yaşlı türk müğənninin köhnə paylaşımını paylaşıb.

Həmin paylaşmaya görə, Tatlıses avqust ayında sosial mediada paylaşdığı fotoda sevgilisi və keçmiş həyat yoldaşı ilə eyni masanı paylaşıb və bunları yazıb:

“Arxam, sağım, solum təhlükəsizdir. Hər ikisinin adına güllər var; Ayşegül və Gülçin xanımlar… Ayşegül xanım Elif Adanın anasıdır və Gülçin xanım köməkçimdir. Arxam yerə dəymir”.