İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç klub almağa hazırlaşır.
Yenicag.az xəbər verir ki, 38 yaşlı hücumçu vətənində “Hammarbü” klubunun şəriklərindən birinə çevriləcək.
Bir müddət əvvəl bu komandanın forması əks olunan video paylaşan sabiq futbolçu klubun səhmlərini almağa qərar verib.
Qeyd edək ki, hücumçu karyerası ərzində “Milan”, “Yuventus”, “Ayaks”, PSJ, “İnter”, “Barselona” və “Mançester Yunayted” kimi klubların şərəfini qoruyub.