Bu il Rusiyada keçiriləcək dünya çempionatında çıxış etmək arzusunda olan İsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviç FİFA-ya meydan oxuyub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bir mərc şirkətində hissəsi olduğu üçün iştirakı sual altında olan təcrübəli forvard məsələyə belə münasibət bildirib: “Qərarı FİFA yox, Zlatan verir. FİFA məni dayandıra bilməz”.
Qeyd edək ki, 2001-ci ildən İsveç millisinə çağırılan Zlatan İbrahimoviç 2002 və 2006-cı illərdə dünya, 2004, 2008, 2012 və 2016-cı illərdə isə Avropa çempionatında iştirak edib. Millidə ilk qolunu Azərbaycan yığmasının qapısından keçirən 34 yaşlı forvard ümumilikdə 116 dəfə meydana çıxıb, 62 qola imza atıb.