İbrahimoviç yenidən “Milan”da – RƏSMİ

“Los-Anceles Qalaksi” futbol klubunda ayrılan Zlatan İbrahimoviç karyerasını keçmiş klubu “Milan”da davam etdirəcək.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu “qırmızı-qaralar”la 6 aylıq müqavilə bağlayayıb.

Qeyd edək ki, 38 yaşlı isveçli futbolçu 2010-2012-ci illərdə “Milan”da oynayıb.