İbrahimoviçin yeni klubu açıqlandı

Zədə səbəbi ilə “Mançester Yunayted”də istənilən oyunu sərgiləyə bilməyən Zlatan Ibrahimoviçin yeni klubu açıqlanıb.

Yenicag.az xəbər verir ki, isveçli forvad karyerasını ABŞ-da davam etdirəcək.

İngiltərə klubu ilə 2018-ci ilin yayınadək sözləşməsi olan 36 yaşlı forvad “La Qalaksi” klubu ilə anlaşıb.

31 martda rəsmən açıqlanacaq transferin digər detalları ilə bağlı məlumat verilməyib.