İbrahimoviçin yeni klubu açıqlandı

“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviçin yeni klubu bəlli olub.

Yenicag.az xəbər verir ki, isveçli forvard ABŞ-ın “Los-Anceles Qalaksi” klubu ilə anlaşıb.

Təcrübəli hücumçunun ya martda, ya da “Mançester Yunayted”lə müqaviləsi başa çatandan sonra yeni komandasına qoşulacağı gözlənilir.