İbtidai siniflər üçün tətildən sonrakı ilk dərs gününün tarixi açıqlandı

“1-5 may tarixləri ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə tətil günləridir”.

Yenicag.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat yayab.

O bildirib ki, tətildən sonrakı ilk dərs günü 6 maydır: “1-5 may tətili ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrinə şamil edilmir”.