Nazirlər Kabineti “İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
“İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği aşağıdakı kimidir:
Sıra №-si | “İcazə” blanklarının adı | Xidmət haqqı (manatla) |
1. | İkitərəfli yükdaşımaları üçün “İcazə” blankı | 40 |
2. | İkitərəfli və tranzit yükdaşımaları üçün “İcazə” blankı | 40 |
3. | Tranzit yükdaşımaları üçün “İcazə” blankı | 40 |
4. | Üçüncü ölkəyə/ölkədən yükdaşımaları üçün “İcazə” blankı | 40 |
5. | İkitərəfli, tranzit və üçüncü ölkəyə/ölkədən yükdaşımaları üçün “İcazə” blankı | 40 |
6. | Beynəlxalq qeyri-müntəzəm sərnişindaşımaları üçün “İcazə” blankı | 40 |
7. | Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik “İcazə” blankı (jurnalları) | 500 |
8. | Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli (aylıq) “İcazə” blanklı (jurnalı) | 150 |