!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"İcazə vermirəm" - Xalq artistinin oğlu kimə qadağa qoydu?

!Reklam – Yazi

“Atamın ifa etdiyi mahnıları oxuyanlar məndən icazə almalıdır”.

Yenicag.az xəbər verir ki, bunu mərhum xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə açıqlamasında deyib.

O, müğənnilərə səslənərək, onlara qadağa qoyub:

“Mən özüm atamın oxuduğu mahnını oxuyanda ondan icazə almışam. Halallıq lazımdır. Atamın oxuduğu mahnıları götürüb pis günə qoyurlar. Elə ondansa, özüm oxuyaram. Sözlərini dəyişib mahnını iflic etmək yolverilməzdir. Bu yaxınlarda atamın “Dədə Qorqud” filmində oxuduğu məşhur mahnının da sözlərini dəyişib oxudular, bu, yolverilməzdir”.

Qeyd edək ki, mərhum xalq artistinin “Dədə Qorqud” filmində oxuduğu məşhur mahnının sözlərini dəyişərək ifa edən müğənni Çinarə Məlikovadır və Mətin Rzazadə onu nəzərdə tutaraq sözünü deyib.

Cəvahir

www.yenicag.az

821
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv