Söz vermişəm bu gün döyüş olmasın…
Bəli, tam 12 il öncə o zamana qədər həftəlik “Yeni Çağ” qəzeti olaraq, fəaliyyət göstərən mətbu orqanın internet versiyası yarandı. Virtual aləmə ilk keçid edən KİV-lərdən biriydik. Təxminən bir neçə il sonra Azərbaycanda artıq saytların sayı-hesabı yox idi.
O günlərdə isə…
Nə isə…
Hər il o illər lent kimi keçir gözümüzün önündən…
Məşhur türk filmlərində olduğu kimi fakir amma qürurlu gənclərdik…
Məmləkəti gizli düşmənlərdən xilas etmək üçün savaşırdıq…
Yalnışı ilə, doğrusu ilə qosqoca 12 ili arxada qoyduq.
Prinsiplərimizdən əsla imtina etmədik…
Gizli-açıq düşmənlərimiz, quyumuzu qazmaq istəyənlər hər zaman oldu, indi də var və sabah da olacaq…
Ancaq biz Qazi Mustafa Kamalın öyüd verdiyi kimi, kimsədən yardım gözləmədən, öz ayaqlarımız üzərində dayanmağa çalışdıq.
Yıxılmadıq, ayaqdayıq və bu gün hər il genişlənən kollektivimizlə qürurla #indibizimçağımızdır deyə bilirik…
Yazıya “Söz vermişəm bu gün döyüş olmasın…” deyə başlamışdım. Bəli, bu gün bizim günümüzdür və bu gün sadəcə dincələcək, 12-ci yaşımızı qeyd edəcəyik. Bu gün dəyərli və sadiq oxucularımızdan icazə istəyirik.
Sadəcə, 1 gün!..
O da bu gündür!..
Bu günün bizim gün olduğumuzu hiss etmək istəyirik. Onun üçün bütün təbrikləri öncədən qəbul edir və bu günlük “icazənizlə” deyirik…
Aqil Ələsgər