!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcazəsiz evdən çıxan koronavirus xəstələri aşkarlandı

!Reklam – Yazi

Sabirabad rayon sakini İsa Zülfüqarova koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin olunsa da, o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyənləşdirilib və dərhal yaşadığı ünvana qaytarılması təmin edilib.

Nazirliyin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Solmaz Qasımovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib. Araşdırmalar zamanı sonuncunun oğlu, Azər Qasımovun da koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq, idarə etdiyi yük avtomobili ilə rayon ərazisində saxlanılıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxs yaşadıqları evə göndərilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv