Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Qaradağ rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 2 şəxs saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Qaradağ rayon sakini Ramil Məhəmmədeminov və Cəlilabad rayon sakini Tural Aslanov olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi götürülüb.
Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlara ümumilikdə 2000 manat məbləğində cərimə tətbiq edilib.