İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tabeliyində olan dövlət tibb müəssisələrində çalışan həkimlərin əmək haqqlarının verilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Dövlət Agentliyinən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirib ki, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan səhiyyə işçilərinə yanvar ayı ərzində aylıq vəzifə maaşı və aylıq sabit həvəsləndirici əlavələr verilib:
“Ekspertiza planına əsasən, son reyestrlər tamamlandıqdan sonra işin nəticəsinə görə həkimlərə verilən həvəsləndirici əlavələr (bonuslar) ödəniləcək”.
Qeyd edək ki, həkim-radioloq Aydın Əliyev sosial şəbəkə hesabında dövlət tibb müsəssisələrində çalışan həkimlərin əmək haqlarının verilməməsinə ilə bağlı məlumat yayıb:
“Fevral ayının yarısına az qalmasına baxmayaraq əksər dövlət tibb müəssisələrində yanvar ayının maaşları və bonusları hələ də verilməyib. Tibb işçilərinin qəpik-quruşunu verin, onları incitməyin”.