İçəridə serialının setinə polis basqını

Polis serialdakı bir səhnədən hər şeyin fərqinə varıb.

Qaçaqçılıq Şöbə Müdirliyində çalışan 2 polis, davamlı olaraq izlədikləri “İçəridə” serialında əhəmiyyətli bir detalın aydınlaşdırılmasına nail olublar. Çətin Tekindorun canlandırdığı Kababçı Cəlal xarakterinə aid olaraq göstərilən məkanda bəzi obyektlər polisin diqqətini çəkib.

Polislər bu obyektlərin tarixi əsər ola biləcəyindən şübhələnib. Setin olduğu məkana gedən təhlükəsizlik işçiləri, təşkil etdikləri əməliyyat nəticəsində bir ədəd amfora götürüblər, tarixi əsər olduğunu düşündükləri 3 obyekti isə tapa bilməyiblər.

Yeniçağ.Az