İçərişəhərdə “Yazz!” Festivalı ləğv edildi

19-29 mart tarixlərində planlaşdırılan “Yazz!” Festivalı ləğv edilib.

Yenicag.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarixi Memamrlıq Qoruq İdarəsindən mətbuat xidmətindən verilən məlumata görə, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən, İçərişəhərdə 19-29 mart tarixlərində planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilir.