Lənkəran rayonundan Lerikə yas mərasiminə gedən minik avtomobili aşıb.
Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə Lerik rayonunun Hamarmeşə kəndi ərazisində baş verib.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlar Lerik rayon sakinləri, 1953-cü il təvəllüdlü Nurxan Bəhlul oğlu Zərbiyev, 1977-ci il təvəllüdlü Teymur Nurxan oğlu Zərbiyev, 1977-ci il təvəllüdlü Şəhla Ənvər qızı Zərbiyeva, 1959-cu il təvəllüdlü Aygün Məhəmmədhüseyn qızı Kişiyeva, 1986-cı il təbəllüdlü Adoğlan İbadət oğlu Kişiyevdir. Yaralılar xəstəxanaya çatdırılıblar.
Hadisəyə səbəb yolu buz bağlaması olub.
Faktla bağlı araşdırmalara başlanılıb.