!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İçərisində 6 nəfər olan avtomobil dərəyə düşdü - Göygöldə

!Reklam – Yazi

Göygöl rayonunda avtomobil qara dərəsinə düşüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Hacıkənd-Tülallar yolunda baş verib.

Belə ki, içərisində 6 nəfər olan “UAZ” markalı avtomobil qarlı və küləkli hava şəraiti səbəbindən yoldan çıxaraq aşağı düşüb. İlkin məlumatlara görə, qar və palçıq səbəbindən sürücünün avtomobilini yola çıxarması mümkün olmayıb. Əraziyə kömək çağıran şəxslər hazırda soyuq hava şəraiti səbəbindən cətinlik çəkdiklərini də bildiriblər.

Ərazi kənd icra nümayəndəliyindən, “Report”a bildirilib ki, həmin əraziyə sepli texnika lazımdır və bununla bağlı Göygöl rayon İcra Hakimiyyətinə məlumat verilib: “Texnikanın cəlb edilərək qar dərəsinə düşmüş şəxslərin xilas edilməsi istiqamətində işlərə başlanılacaq”.

Qeyd edək ki, hazırda rayon ərazisində qarlı və soyuq hava şəraiti davam edir.

www.yenicag.az

2561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv