İçib 102-yə 11 dəfə zəng edən şəxs həbs edildi

Daxili İşlər Nazirliyinin (DİN) 102 xidəmətinə bir gündə 11 dəfə zəng edən şəxs həbs edilib.

Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, aparılan araşdırma zamanı müəyyənləşdirilib ki, 1975-cı il tarixdə Laçın rayonunda doğulmuş D.M. hadisəni içkili halda törədib.

Belə ki, Kürdəmir şəhəri, Yeni Qəsəbə ünvanında yaşayan D.M. spirtli içki qəbul edib və saat 13:00 radələrindən başlayaraq 11 dəfə DİN 102 xidəmətinə zəng vurub. Daha sonra yaşadığı ünvanda həyətə çıxaraq söyüş söyməyə başlayıb.

Məhkəmənin qərarı ilə, D.M. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5 gün müddətinə inzibati həbs edilib.

COP29