Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İçib, sükan arxasına oturanların şok statistikası - Azərbaycanda

Bakı şəhərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, həmçinin yol-nəqliyyat hadisələrinin qarşısının alınması, əsasən gecə saatlarında ictimai qaydanın tam təmin edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmıtindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu istiqamətdə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən qayda pozuntularına yol verən sürücülərə qarşı mübarizəni daha da gücləndirmək məqsədi ilə xüsusi əməliyyat qrupu yaradılıb və mütəmadi reydlər keçirilir.

Paytaxt ərazisində keçirilən sonuncu belə reyd əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, nəqliyyat vasitəsinə əlavə səsgücləndirici vasitələr əlavə edən, polisin qanuni “saxla” əmrinə tabe olmayan və digər ciddi qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib.

Reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər saxlanılıb. Nizami rayonu ərazisində dayandırılan “Land Rover” markalı avtomobilin sürücüsünün yoxlama zamanı sükan arxasına sərxoş vəziyyətdə əyləşdiyi məlum olub.

Avtomobili sərxoş vəziyyətdə idarə edən daha bir sürücü Binəqədi rayonunda saxlanılıb. “Mersedes GL” markalı avtomobilin sürücüsü Loğman Hacıyev əvvəlcə avtomobili içkili halda idarə etmədiyini bildirsə də, həkim müayinəsi zamanı sürücünün sərxoş vəziyyətdə olduğu sübuta yetirilib.

BŞBPİ DYPİ-nin bölmə rəisi polis polkovniki V.Əsədovun sözlərinə görə, 2017-ci ilin ilk 6 ayı ərzində paytaxt ərazisində avtomobili sərxoş vəziyyətdə idarə edən 8000 sürücü barəsində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq qaydada qanuni tədbir görülüb.

Bakı Şəhər DYPİ əməkdaşları tərəfindən paytaxt ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reydlər mütəmadi olaraq bundan sonra da davam etdiriləcək.

Yenicag.az

www.yenicag.az

694