İçində 25 nəfərin olduğu Mi-8 helikopteri təcili eniş etdi

Rusiyanın Yakutiya bölgəsində Mi-8 helikopteri təcili eniş edib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlayıb.

Məlumata görə, helikopterdə 21 sərnişin və dörd ekipaj üzvü olub. Ölən və yaralananların olmadığı deyilir. Rayon axtarış-xilasetmə məntəqəsinin xilasediciləri hadisə yerinə yollanıb.