İçində 5 min manat olan çanta oğurlandı – Bakıda

Bakıda oğurluq edən şəxs tutulub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir qadına məxsus içərisində 5 min manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini M.Bəkirova saxlanılı