İçində 9 milyon dollar olan təyyarə saxlanıldı

Somaliyə qeyri-qanuni yolla 9 milyon dollar daşıyan Birləşmiş Ərəb Əmirliyinə məxsus təyyarə hava limanında saxlanılıb.

Yenicag.az xəbər verir ki, paytaxt Moqadişudakı Aden Adde Beynəlxalq Hava Limanına enən təyyarə Dubaydan yola çıxıb. Faktla bağlı araşdırma başlanıb.

Lakin məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.